Kaliforniya yanır... - Fotolar

kaliforniya-yanir
Oxunma sayı: 8445

ABŞ-ın Kaliforniya ştatında davamlı istilər səbəbindən baş verən meşə yanğınlarından sonra mütəmadi ildırım çaxması halları vəziyyəti daha da pisləşdirib.

“Qafqazinfo” xəbər verir ki, avqustun 17-dən etibarən təxminən 11 minə yaxın ildırım çaxması nəticəsində ştatda 367 yeni yanğın baş verib.

Qeyd edək ki, bundan əvvəl şiddətli istilərə görə yaranan meşə yanğınlarına görə ştatda fövqəladə vəziyyət elan edilmişdi.