Kaliforniyada 200 min hektar meşə yanıb

kaliforniyada-200-min-hektar-mese-yanib
Oxunma sayı: 1050

ABŞ-ın Kaliforniya ştatındakı yanğınlarda məhv olan meşəlik ərazi 200 min hektara çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Dixie” adı verilən yanğının hələlik sadəcə beşdə biri nəzarətə götürülüb.

Kaliforniya tarixindəki ikinci ən böyük yanğın olaraq tarixə keçən fəlakətdə sevindirici yenilik isə bölgənin üzərindəki qalın dumanın çəkilməsi və havanın yanğınsöndürmə təyyarələrinin istifadəsinə münasib hala gəlməsi olub.

Qeyd edək ki, yanğında Qrinvill şəhəri yanaraq külə dönmüşdü.