Kaliforniyada avtobusa atəş açıldı, ölənlər var - Video

kaliforniyada-avtobusa-ates-acildi-olenler-var
Oxunma sayı: 1313

ABŞ-ın Oklend şəhərində (Kaliforniya ştatı) avtobusa atəş açılması nəticəsində azı 2 nəfər həyatını itirib, daha 5 nəfər xəsarət alıb.

Bu barədə “Qafqazinfo” “New York Post” qəzetinə istinadən xəbər verir.

Onun məlumatına görə, avtomobildən içərisində şənlik keçirilən avtobusa 70-ə yaxın atəş açılıb. Ölənlərin hər ikisi qadındır.

Hadisəni törədənlərin kimliyi hələ müəyyən edilməyib. Cinayətin motivləri araşdırılır.