ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları başlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ştatın 3 bölgəsində fövqəladə vəziyyət elan edilib. Bu barədə qubernator Cerri Braun məlumat yayıb.
Onun sözlərinə görə, 1 nəfərin ölümünə səbəb olan yanğın 17 min hektara yaxın ərazini əhatə edib. Bu, evlər və digər tikililər üçün təhlükə yaratdığına görə, sakinlərin köçürülməsi tələb edilib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər