ABŞ-ın Kaliforniya ştatının Perris şəhərində bir evdə valideynlərin 13 uşağını zəncirlədiyi barədə polisə məlumat daxil olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlardan biri – 17 yaşlı qız fürsət taparaq evdən qaçmağı bacarıb və polisə zəng edərək vəziyyət barədə məlumat verib.
Əməliyyat keçirən polis öncə həmin qızın təhlükəsizliyini təmin edib. Daha sonra evə daxil olaraq yaşları 2 ilə 29 arasında dəyişən 12 uşağı xilas edib. Valideynlər - 57 yaşlı ata Deyvid Alen Turpin və 49 yaşlı ana Luisa Anna Turpin isə həbs ediliblər.
Onlar övladlarını hansı səbəbdən evə həbs etdiklərini bildirməyiblər. Hazırda araşdırma davam etdirilir.


Son xəbərlər
Son Xəbərlər