“Kalmar oyunu”na görə ölüm cəzası aldı

kalmar-oyununa-gore-olum-cezasi-aldi
Oxunma sayı: 3741

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) sakininə Cənubi Koreya istehsalı olan “Kalmar oyunu” (“Squid game”) serialını qaçalmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyinə görə güllələnmə hökmü verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Belə ki, Hamqyon-Pukto əyalətindən olan şimali koreyalı məktəbli Çindən ölkəsinə qayıdarkən gizli USB fləş-kartda “Kalmar oyunu”nun rəqəmsal nüsxəsini gətirib, daha sonra isə onu tanışları arasında yayıb və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bundan başqa, gəncdən serialın nüsxəsini alan digər məktəbliyə ömürlük həbs cəzası verilib. Serialı izləyən digər 6 məktəbli isə beş il müddətinə katorqa işləri cəzası alıb.  

Hazırda təhsil müəssisəsində axtarışlar aparılır. Rəhbərlik işdən çıxarılıb.

Qeyd edək ki, Şimali Koreyada bu ilin əvvəlindən Cənubi Koreya və Qərbdən film, şou və serialların gətirilməsinə qadağa var. Müvafiq qanun bu cür materialların izlənilməsi, saxlanılması və yayılmasına görə ölüm hökmü kimi maksimal cəza nəzərdə tutur.