“Qafqazinfo”nun müraciətinə cavab olaraq Gəncə şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsindən bildirilib ki, Dövlət müşaviri Kamal Abdullayevin Gəncə şəhərində layiqincə qarşılanmaması, ona qarşı diqqətsizlik göstərilməsi ilə bağlı məlumatın heç bir əsası yoxdur: “Həmin gün səhər Dövlət müşaviri Kamal Abdullayev ilə Gəncə ŞİH başçısı Elmar Vəliyev Heydər Əliyevin abidəsini birgə ziyarət ediblər. K.Abdullayevin səfəri çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün zəruri şərait yüksək səviyyədə təmin olunub, narazılıq və ya narahatlığa səbəb ola biləcək heç bir hadisə baş verməyib”.
Açıqlamada o da qeyd olunub ki, Gəncə ŞİH yoxlanılmamış, mənbəyi bəlli olmayan yalan informasiyaların yayılmasından təəssüfləndiyini bildirir və KİV-ləri belə nöqsanlara yol verməməyə çağırır.
Son xəbərlər
Son Xəbərlər