“Əvvəl 6-lı masa deyirdi, indi 16-lı masa deyir. Bu kifayət etmir, daha da artırmaq lazımdır”.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun “16-lı masa quracağam” sözlərini şərh edib: “Masada ortaqların sayını artırmaq nəticə verməz. Yalanla heç nə əldə edə bilməyəcəksiniz”.
Ərdoğan bildirib ki, Kılıçdaroğlu millətə layihə olaraq heç nə təklif edə bilməyib:
“Onlar məzhəb və etnik mənşəli qarşıdurmanı qızışdırdılar. Həyat tərzlərinə görə vətəndaşlara qorxu aşıladılar. Biz vətəndaşlarımızın həyat tərzi ilə maraqlanmırıq, Kamal bəy, bu, sizin probleminizdir. Siz bu ölkənin insanlarının həyat tərzi ilə məşğul olub saxtakarlıq etmisiniz. Çadraya hücum etmisiniz”.
Son xəbərlər
Son Xəbərlər