Kamal Kılıçdaroğlu istefa xəbərindən danışdı- - "Yalandır"

kamal-kilicdaroglu-istefa-xeberinden-danisdi-
Oxunma sayı: 2067


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP lideri hurriyyet.com-a açıqlamasında xəbərlərin yanlış olduğunu bildirib: 

“Bunlar tamamən yanlış məlumatlardır. Müzakirə mövzusu belə deyil”

 Eyni zamanda seçkinin ilkin nəticələrini də dəyərləndirən Kılıçdaroğlu bildirib ki, lazım olan dəyərləndirmələr ediləcək, yanlışlar və doğrular ortaya qoyulacaq: 

“Ancaq əldə olunan nəticəni uğursuzluq kimi dəyərləndirmək doğru deyil.  Əsas məsələ bir-birimizi başa düşməkdədir. AKP-lilər bizə qulaq tıxadı, nə dediyimizi belə eşitmədilər. Bu anlamda ortada bir demokratiya krizi var. Bir-birimizi dinləməkdən dolayı yaranmış bir qavrayış var.  O kütlələr bizi necə dinləyə bilər. Bunu dəyərləndirməmiz lazımdır. Biz isə onları dinlədiyimizi düşünürük.  Baş naziri sabahdan axşama qədər dinləyirik. Seçicini də qulaqlarımızı açaraq dinləyirik. Amma anlaşılan odur ki, onları birdən-birə razı salmaq olmur. Bunun zaman alacağını düşünürəm”.