Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 36-cı qurultayı keçirilib.
“Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, qurultayda Kamal Kılıçdaroğlu yenidən sədr seçilib. Qurultay iştirakçılarının 790-ı Kamal Kılıçdaroğluna səs verib.
Onun əsas rəqibi Yalova millət vəkili Məhərrəm İncə isə 447 səs toplayıb.