Kamal Kılıçdaroğlunu məhkəmədə uddu, kolbasa payladı

kamal-kilicdaroglunu-mehkemede-uddu-kolbasa-payladi
Oxunma sayı: 646

Qeyd edək ki, yerli sakinlərə paylanılan kolabasaların üstündə CHP sədrinin məhkəmədə uduzması və paylanan mallar üçün ödənilən vəsaitin bu sayədə əldə olunması barədə etiketlər yapışdırılıb.

Etiketdə, “Nuş olsun. Mehmet Özhaseki. Bələdiyyə sədri: Hörmətli yerlilərim bir müddət əvvəl CHP sədri Kamal Kılıçdaroğlu bələdiyyəmizə və şəxsimə bəzi böhtanlar atmışdı. Bu arada başladılan hüquqi proses başa çatıb. Dəqiqliklə məlum olub ki, K. Kılıçdaroğlunun dediyi hər şey böhtandır. Bu böhtanlara qarşı qaldırdığımız məhkəmə iddiasında qalib gəldik və təzminat qazandıq. Bu pullarla minlərlə kolbasa aldıq və sizə paylayırıq. Ümid edirik ki, bu onlara dərs olacaq” – yazılıb.