ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden 3 noyabrda keçiriləcək prezident seçkilərində Kamala Harris ilə birlikdə namizəd olacaq.
“Qafqazinfo” ABŞ mətbuatına istinadən xəbər verir ki, Demokratlar partiyasının koronavirus səbəbiylə virtual formatda keçirilən növbəti qurultayında K.Harrisin vitse-prezidentliyə namizədliyi təsdiqlənib. Bildirilib ki, Kaliforniyadan olan 55 yaşlı senator bu vəzifəyə namizəd olan ilk afroamerikalı qadındır.
Harris çıxışında təhsil, səhiyyə, məşğulluq və polis tərəfindən həddindən artıq güc tətbiq edilməsinə səbəb olan sistem irqçiliyinin öhdəsindən gələcəyinə söz verib.
Qeyd edək ki, Kamala Harris ilk əvvəl prezidentliyə namizəd olmağa çalışıb, daha sonra isə geri çəkilib.
Son xəbərlər
Son Xəbərlər