19 may 2023-cü il tarixində Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq turnirə start verilib.
Azərbaycan, Kazaxıstan, Rusiya və Gürcüstandan olan komandaların iştirak etdiyi turniri açılış sözü ilə başlayan Azərbaycan Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev komandaları salamlayaraq yarışda onların hər birinə uğurlar arzulayıb. 30 və 70 metr məsafədə kamandan oxatma üzrə turnir Şağan Olimpiya Kompleksində keçirilir. Yarış 20 may tarixində qaliblərin mükafatlandırma mərasimi ilə tamamlanacaq.
Azərbaycan Kamandan Oxatma Federasiyası 1993-cü ildə təsis edilib. Beynəlxalq Kamandan Oxatma Federasiyaları (FİTA) və Avropa Kamandan Oxatma Federasiyaları Assosiasiyasının (FETA) üzvüdür.




Son xəbərlər
Son Xəbərlər