Gəncədə yolu keçmək istəyən piyadanı yük maşını vurub.
"Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
Hərəkətdə olan "KamAZ" markalı yük avtomobili yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Akif Məmmədovu vurub.
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Elmar Əli