“Kamaz” aşdı, sürücü öldü

“Kamaz” aşdı, sürücü öldü
Oxunma sayı: 2284

Bakı-Quba yolunda hərəkətdə olan yük maşını aşıb, sürücü ölüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 112-ci kilometrliyində qeydə alınıb.

Qubanın Barlı kənd sakini, 38 yaşlı Zakir Quliyevin idarə etdiyi, içində mişar daşı olan "Kamaz" markalı yük avtomobili hərəkətdə olarkən, idarəetməni itirərək, yolun sol tərəfindəki məhəccərə dəyib və aşıb.

Sürücü Z.Quliyev hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu