Kamaz aşdı, tıxac yarandı

kamaz-asdi-tixac-yarandi
Oxunma sayı: 867

Paytaxtın Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisindən keçən hissəsində böyük tıxac yaranıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisəyə "Kamaz" markalı yük avtomobilinin yük hissəsində olan taxtaların yola dağılması və sürücünün maşını dərhal saxlamaq istəyərkən aşması səbəb olub.

Hazırda prospektin 20 Yanvar dairəsi və 3 mikrorayon istiqamətində olan iki tunel bağlanıb və böyük tıxac yaranıb.

Sürücü hadisə yerində qaçıb.