Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza iyunun 23-də saat 23 radələrində qeydə alınıb.
Sumqayıt şəhər sakini O.Hacıyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında atla hərəkətdə olan şəhər sakini Saleh Əzizovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Əzizov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər