“KamAz” iki maşını və piyadanı vurdu – - Piyada öldü

kamaz-iki-masini-ve-piyadani-vurdu-
Oxunma sayı: 1399


Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə avqustun 4-də saat 09 radələrində rayonun Qobustan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Səxavət Xalidov idarə etdiyi “KamAZ-53212” markalı avtomobili qarşıda gedən Fəthi Məcidovun idarə etdiyi “Opel” markalı avtomobilə vurub.

İdarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanmış Alim Vəliyevin idarə etdiyi “Shacman” markalı avtomobilə və hadisə yerinin yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəyib.

Nəticədə M.Abbasov hadisə yerində ölüb, S.Xalidov xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd

“Qafqazinfo”