“Kamaz” iki uşağı vurdu, biri öldü – - Rəsulzadə qəsəbəsində

kamaz-iki-usagi-vurdu-biri-oldu-
Oxunma sayı: 1440


Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 9-da saat 13 radələrində, M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Visuhi Cəfərov idarə etdiyi “Kamaz” markalı avtomobillə 2004-cü il təvəllüdlü Zivər Feyzullayevanı və 2005-ci il təvəllüdlü Hüseyn Mikayılovu vurub.

Z.Feyzullayeva hadisə yerində ölüb, H.Mikayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsilə Cinayət İşi açılıb. 

Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Murad Əhməd