“Kamaz” minik avtomobilləri ilə toqquşdu, iki yaralı

“Kamaz” minik avtomobilləri ilə toqquşdu, iki yaralı
Oxunma sayı: 717

Şirvan rayonunda 3 avtomobil toqquşub.

"Qafqazinfo"xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, "Kamaz" markalı yük maşını “Lada Priora” və “VAZ-2106” markalı minik avtomobilləri ilə toqquşub.

Qəza nəticəsində Hacıqabul sakinləri 1974-cü il təvəllüdlü Pənahov Füzuli Vaqif oğlu və 1974-cü il təvəllüdlü Teymurov Habil Adil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi