“Kamaz” sürücüsü sükan arxasında vəfat etdi

kamaz-surucusu-sukan-arxasinda-vefat-etdi
Oxunma sayı: 2054

Qaxda sürücü sükan arxasında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Rayonun Qaxingiloy kənd sakini Poladaşvili Givi Qriqoroviç idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə hərəkətdə olarkən halı pisləşib və avtomobili söndürüb.

Hadisə yerinə Qax rayon Xəstəxanasından təcili tibbi yardım maşını çağırılıb. Lakin sürücünün həyatını xilas etmək mümkün olmayıb. 

İlkin məlumata görə, G.Poladaşvili  uzun müddət ürək-damar xəstəliyindən müalicə alıb və elə ürəktutmadan da dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov