“Kamaz” sürüyə çırpıldı, çoban yaralandı, 23 qoyun tələf oldu

kamaz-suruye-cirpildi-coban-yaralandi-23-qoyun-telef-oldu
Oxunma sayı: 2038

Göygöldə "Kamaz" markalı yük avtomobili qoyun sürüsünə çırpılıb.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan avtomibilin sürüyə girməsi nəticəsində 23 qoyun tələf olub, 10-a yaxın xırdabuynuzlu heyvan isə yaralanıb. Qəza zamanı sürünün çobanı Mamed adlı şəxs də xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli