“Kamaz” “VAZ”la toqquşdu, yaralılar var

kamaz-vazla-toqqusdu-yaralilar-var
Oxunma sayı: 1620

Sabirabad iki nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Çöl Beşdəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobil ilə  "Kamaz" markalı yük avtomobilinin  toqquşması nəticəsində rayonun Çığırqan kənd sakinləri - 1991-ci il təvəllüdlü Şirinov Ramil Kərim oğlu və 1989-cu il təvəllüdlü Şirinov Kamil Şamil oğlu xəsarət alıblar.

Yaralılar  Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər hər iki yaralının vəziyyətinin ağır olduğu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli