“KamAZ”la 6 yaşlı uşağı vurub öldürdü - Sərxoş imiş

kamazla-6-yasli-usagi-vurub-oldurdu
Oxunma sayı: 1781

Xırdalanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 2013-cü il təvəllüdlü Xəlilzadə Məhmət Oqtay oğlu “KamAZ” markalı yük maşını tərəfindən vurulub.

Nəticədə azyaşlı hadisə yerində keçinib. Sürücü hadisə yerindən yayınsa da, sonradan polis tərəfindən saxlanılıb.

İlkin məlumata görə, o, “KamAZ”ı idarə edərkən sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma başlanıb.