“Kamaz”la “BMW” toqquşdu, xəsarət alan var

kamazla-bmw-toqqusdu-xesaret-alan-var
Oxunma sayı: 2180

Sabirabad rayonunun Qalağayın kəndində “Kamaz” markalı yük avtomobili və “BMW” markalı minik avtomobilinin toqquşub.

Bu barədə “Qafqazinfo” FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.