“KamAZ”la piyadanı vurub öldürdü - Foto

kamazla-piyadani-vurub-oldurdu
Oxunma sayı: 2087

Qax rayonunun Əmbərcay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo"nun məlumatına görə, bu gün axşam saatlarında Şəkidən Qax istiqamətində hərəkət edən Qax sakini Papiaşvili Amiran Yorayev idarə etdiyi "KamAZ" markalı avtomobillə 1953-cü il təvəllüdlü Əmbərcay kənd sakini Əhmədov Fikrət Sadıx oğlunu vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov