“KAMAZ”la toqquşan maşın sürücüsü - - Öldü

kamazla-toqqusan-masin-surucusu-
Oxunma sayı: 1372


FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb.

“KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ” markalı minik avtomobilinin sürücüsü Həsənov Nizami Müseyib oğlu xəsarət alaraq nəqliyyat vasitəsində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər N.Həsənovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:49-da başa çatıb.

Murad Əhməd