“Kamaz”la toqquşan maşın velosipedçiyə çırpılıb öldürdü - Foto

kamazla-toqqusan-masin-velosipedciye-cirpilib-oldurdu
Oxunma sayı: 2147

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun xəbərinə görə, hərəkətdə olan “Kamaz” markalı yük avtomobili “Mercedes”ə çırpılıb. Daha sonra minik avtomobili yaxınlıqda velosipedlə dayanan şəxsə dəyib. 

Qəza zamanı minik avtomobilində olan 31 yaşlı Rövşən Səfərov və 30 yaşlı velosipedçi Elman Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. E. Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli