Sabirabad rayonu, Nizami kəndində "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verib.
“Qafqazinfo” xəbər verir ki, FHN-in yaydığı məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1980-cı il təvəllüdlü Musayev Rəşad Arif oğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Son xəbərlər
Son Xəbərlər