Kamçatka sahillərində güclü zəlzələ

kamcatka-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 1017

Sakit okeanın Kamçatka sahillərində 5,0 bal gücündə zəlzələ olub. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti”yə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib.

Səhər saatlarında qeydə alınan yeraltı təkanların episentri Kamçatka diyarının Ust-Kamçatsk rayonunun Ust-Kamçatsk kəndindən 140 kilometr cənubda, təxminən 30 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Kamçatka diyarının yaşayış məntəqələrində hiss olunmayıb. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.