Kamçatka sahillərində zəlzələ olub

kamcatka-sahillerinde-zelzele-olub
Oxunma sayı: 791

Sakit okeanda Kamçatkanın şərq sahilində 4,9 bal gücündə zəlzələ olub. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti”yə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialından bildirilib.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən 177 kilometr cənubi-şərqdə, okeanın 44 kilometr dərinliyində yerləşib.

Zəlzələ Kamçatka diyarının yaşayış məntəqələrində hiss olunmayıb. Dağıntı və tələfat yoxdur.