Kamçatkada bir neçə saat ərzində 3 zəlzələ olub

kamcatkada-bir-nece-saat-erzinde-3-zelzele-olub
Oxunma sayı: 1221

Kamçatka sahillərində üç fərqli maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Kamçatka filialı bildirib.

Bir neçə saat ərzində 3,9, 4,0 və 4,5 maqnitudalı seysmik hadisələr baş verib. Onların episentrləri Ust-Kamçatsk qəsəbəsi və Milkovo kəndinin yaxınlığında yerləşib.

Dağıntı və tələfat yoxdur, əhali yeraltı təkanları hiss etməyib.