Kamçatka yarımadasının şərq sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Sakit okeanda, təxminən 166 min insanın yaşadığı Petropavlovski-Kamçatski şəhərindən 243 kilometr aralıda qeydə alınıb.
Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.
Son xəbərlər
Son Xəbərlər