Əfqanıstanda daha bir partlayış törədilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Nanqarxar əyalətinin Cəlalabad şəhərində baş verib.
Kamikadzenin özünü nəzarət-buraxılış məntəqəsinin qarşısında partlatması nəticəsində azı 8 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb.
Qeyd edək ki, partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.
Son xəbərlər
Son Xəbərlər