Kamil Eyyubov 4 kəndin sakinləri ilə görüşdü - Fotolar

kamil-eyyubov-4-kendin-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1282

85 saylı seçki dairəsindən deputatlığa namizəd Kamil Eyyubov təşviqat kampaniyası çərçivəsində Şamaxı şəhərinin kəndlərində görüşlər keçirir.

"Qafqazinfo" xəbər verir ki, namizədin seçicilərlə görüşləri hər gün davam edir. K. Eyyubovun növbəti izdihamlı görüşü bu dəfə rayonun Çöl Bağırlı, Ovçulu, Çöl Göylər və Hacqədirli kəndlərində baş tutub. Kəndlərdə keçən görüşlərdə Kamil Eyyubovu böyük izdihamla qarşılanır.

Qeyd edək ki, Kamil Eyyubovun Şamaxı şəhərində, kəndlərində və qəsəbələrində ictimaiyyətlə görüşləri davam edəcək. O, hər bir vətəndaşla, hər bir seçici ilə görüşlərin olacağını və hər bir əraziyə ziyarətlərinin davam edəcəyini bildirib.