Kamil Eyyubov Şamaxı sakinlərini görüşə çağırdı

kamil-eyyubov-samaxi-sakinlerini-goruse-cagirdi
Oxunma sayı: 2405

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Eyyubov Kamil Kavus oğlu 26 Yanvar saat 11:00-da Şamaxı Olimpiya İdman Kompleksində öz seçiciləri ilə görüşəcək.

“Qafqazinfo”nun məlumatına görə, görüşdə seçicilərə dövlətin ictimai və sosial həyatında vətəndaşların iştirakından, parlament seçkilərində iştirak edən hər bir Şamaxı sakininin rayonun inkişafında özünəməxsus rolunun olmasından, bu məsuliyyətli və şərəfli vəzifənin Şamaxı əhalisi üçün nə qədər əhəmiyyətli olmasından bəhs edərək onlara Xalqın qazanmasının hər kəs üçün önəmli olması barədə öz fikirlərini çatdıracaq.

Hər bir şamaxılını görüşə dəvət edir, 9 fevral parlament seçkilərində aktiv iştirak etməyə çağırırıq.