Kamil Eyyubov video-müraciət yaydı - “Hər bir şəxs 10 dəfə artıq səsə çevriləcək”

kamil-eyyubov-video-muraciet-yaydi
Oxunma sayı: 1855

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Kamil Eyyubov təbliğat-təşviqat kampaniyası çərçivəsində video-müraciət yayıb.

“Qafqazinfo” xəbər verir ki, namizəd müraciətində seçicilərə səslənərək onları 26 Yanvar saat 11:00-da Şamaxı Olimpiya İdman Kompleksində baş tutacaq görüşə dəvət edib.

“Əziz şamaxılılar, mənim dəyərlilərim, bugünkü müraciətimin səbəbi 26 Yanvar 2020-ci il saat 11:00-da Şamaxı Olimpiya İdman Kompleksində keçiriləcək görüşümüz haqqında məlumat vermək və sizi ora dəvət etməkdir.

Məlumatınız olsun ki, biz mümkün qədər hər birinizin, hər seçicimizin həmin görüşdə iştirakına çalışırıq. Səbəb görüşdə iştirak edəcək şəxslərə özümüzü tanıtmaq, seçicilərimizi haqqımızda məlumatlandırmaq, platformamız və istiqamətimiz barədə məlumat verməkdir. 

Eyni zamandan, bunlardan ən vacib məsələ bizim səmimiyyətimizi çatdırmaqdır. Mən əminəm ki, bizim görüşümüzdə iştirak etsəniz, mütləq o səmimiyyəti görə biləcəksiniz. Kəndlərdə keçirdiyimiz bütün görüşlərdə, şükürlər olsun ki, görüşün sonunda sağollaşanda mən o gözlərdəki qığılcımı, inamı, sevinci və ən əsası etimadı görürəm.

Əminəm ki, görüşdə iştirak edəcək hər bir şəxs seçkidə növbəti 10 dəfə artıq səs çevriləcək. Və sonda qeyd etmək istəyirəm ki, hamımız eyni devizi deyək: “Sən seç, Xalq qazansın!”, -deyə gənc namizəd bildirib.