Kamil Eyyubovun izdihamlı görüşündən - Fotolar+Video

kamil-eyyubovun-izdihamli-gorusunden
Oxunma sayı: 3775

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Kamil Eyyubov seçiciləri ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində baş tutan görüşdə çıxış edən deputatlığa namizəd dövlətin ictimai və sosial həyatında vətəndaşların iştirakının önəmindən danışıb. K.Eyyubov bildirib ki, seçkilərdə iştirak mütləqdir. Onun sözlərinə görə, seçkidə iştirak edən hər bir Şamaxı sakininin rayonun inkişafında özünəməxsus rolu olacaq.

İzdihamın yaşandığı görüş çıxışlarla davam edib. Tədbirdən sonra seçicilər 9 fevral tarixində keçiriləcək seçkilərdə Kamil Eyyubova səs verəcəklərini bildiriblər.