“Kamilin telefonunda o qədər kod var ki...”

kamilin-telefonunda-o-qeder-kod-var-ki
Oxunma sayı: 3067

Müğənni Gülay Zeynallı “Atv maqazin onlarla” verilişinin “Onlarla üç dəqiqə” rubrikasının qonağı olub. “Qafqazinfo” xəbər verir ki, sənətçi proqramda maraqlı fikirlər səsləndirib. 

O,  “İkinci dəfə ana olmağı planlaşdırırsan?”- sualına belə cavab verib: “Ana olmaq planla deyil, Allahın qismətidir. Hamı istəyir ki, övladı çox olsun”. 

Bundan əlavə, Gülay qeyd edib ki, həyat yoldaşı Kamil Zeynallının  telefonunda mesajları oxuya bilmir: “Kamilin telefonuna daxil olmaq üçün qan analizi vermək lazımdır. Telefonda o qədər kod var ki...”

Zeynallı daha sonra ailə dağılan zaman övladın anada olmasının tərəfdarı olduğunu qeyd edib: “Övlada mütləq şəkildə ata lazımdır. Amma min ata gəlsə də, ananın yerini heç nə vermir. Ana ki, gecə neçə dəfə qalxır, uşağın paltarını dəyişir, yeməyini yedizdirir. Amma atanın xorultusu aləmi götürür”.