“Kamiloğlu” şirkəti Prezidentin çağırışına qoşuldu

kamiloglu-sirketi-prezidentin-cagirisina-qosuldu
Oxunma sayı: 1174

“Kamiloğlu” şirkəti ölkəmizdə koronavirus pandemiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlərin gücləndirilməsi və həmrəylik göstərilməsi barədə dövlət başçısının çağırışına dəstək olaraq bundan sonra da üzərinə düşən sosial məsuliyyəti yerinə yetirməyə hazırdır və eyni zamanda koronavirusla mübarizə çərçivəsində Operativ Qərərgahın tövsiyyələrinə tam riayət edir. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, “Kamiloğlu” MMC Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım məqsədi ilə vəsait ianə edib.

“Kamiloğlu” MMC koronavirus infeksiyası (“COVID-19”) ilə mübarizədə hökumət və Azərbaycan xalqı ilə həmrəyliyini bildirir və pandemiya ilə mübarizədə birlik göstərməyə çağırır.