Sloveniyanın “Maribor” klubu baş məşqçisi Mauro Kamoranezi ilə yollarını ayırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, ötən ilin sentyabrından “Maribor”u çalışdırırdı.
Qeyd edək ki, Argentina əsilli italyan mütəxəssis 2015-ci ildən məşqçilik edir. İtaliya milli komandasıyla DÇ-2006-nın qalibi olmuş keçmiş yarımmüdafiəçi, “Maribor”dan öncə “Tabor”, “Tapakula”, “Tiqre” və “Koras de Tepiç” klublarını da çalışdırıb.
Son xəbərlər
Son Xəbərlər