Kampaniya aparmadan ölkə prezidenti oldu

kampaniya-aparmadan-olke-prezidenti-oldu
Oxunma sayı: 2484

Tunisdə prezident seçkilərinin ikinci mərhələsinin nəticələrinə əsasən, ölkənin yeni prezidenti Kays Said olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, 76% səslə qələbə qazanıb. Said heç bir partiyanın üzvü deyil. Seçkilərdə seçicilərin 57,8%-i iştirak edib.  

Qeyd edək ki, Kays Said 2014-cü ildə yaradılan və  “Ərəb dünyasının ən demokratik konstitusiyası” adlandırılan konstitusiyanın müəlliflərindən biridir. Onun 61 yaşı var və seçkiqabağı kampaniya keçirməyib.

Xatırladaq ki, Tunisin əvvəlki prezidenti  Beji Kaid əs-Sebsi iyulun 25-də 92 yaşında dünyasını dəyişib.