Kamran Ağayev 3 matç buraxacaq

kamran-agayev-3-matc-buraxacaq
Oxunma sayı: 769

"İnter"in yeni transferi olan Kamran Ağayev Topaz Premyer Liqasının 3 turunda komandasına kömək edə bilməyəcək.

“Qafqazinfo” xəbər verir ki, ötən mövsümün ilk yarısının son turunda "Qəbələ"də çıxış etdiyi zaman qırmızı vərəqə alaraq 3 oyunluq cəza alan Ağayev həmin cəzanı "İnter"in "Zirə", "Qəbələ" və AZAL-la matçlarında çəkəcək.