Kamran Ağayev 6 dəqiqəyə 3 qol buraxdı

kamran-agayev-6-deqiqeye-3-qol-buraxdi
Oxunma sayı: 3041

Türkiyə PTT 1-ci Liqasının 5-ci turun oyunlarına start verilib.

“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçında çıxıb.

Futbolçumuzun komandası öz meydanında "1141 Trabzon"u qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Kamran Ağayev altı dəqiqə ərzində qapısından üç top buraxıb. Matçın 62-ci dəqiqəsində Artarslan, 65-də Kokoc, 68-də isə Aruqin Kamranı məyus edib.

Qeyd edək ki, "Karşıyaka" 5-ci turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.