Kamran Ağayev Azərbaycan millisinin məşqçisi olur

kamran-agayev-azerbaycan-millisinin-mesqcisi-olur
Oxunma sayı: 3150

“Səbail”dən ayrılıb karyerasını bitirən Kamran Ağayev Azərbaycan yığmasında çalışacaq.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağayev əsas milli komandanın qapıçı məşqçisi təyin ediləcək.

Təyinatın yaxın saatlarda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, K.Ağayev Azərbaycan əsas yığmasında futbolçu kimi 2008-2018-ci illərdə çıxış edib və 78 oyunda meydana çıxıb. 

Elsevər Məmmədov