Kamran Ağayev karyerasını başa vurdu

kamran-agayev-karyerasini-basa-vurdu
Oxunma sayı: 2724

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev futbolçu karyerasını başa vurub.

“Qafqazinfo”nun məlumatına görə, 35 yaşlı qolkiper bu barədə son olaraq çıxış etdiyi “Səbail” klubunun rəhbərliyinə də bildirib.

Qeyd edək ki, təcrübəli əlcək sahibi 2008-2018-ci illərdə millimizdə çıxış edib. Ağayev yığmada 78 oyunda meydanda olub. O, “Şəfa”, “Turan”, “Xəzər Lənkəran”, “Bakı”, “Qəbələ”, “Kayserispor”, “Karşıyaka” (hər iki Türkiyə), “İnter” (Bakı), “Boavişta” (Portuqaliya), “Mlada Boleslav” (Çexiya) və “Keşlə”də də çıxış edib.