“Kamran Ağayev problemlə üzləşmədi” - Svanadze

kamran-agayev-problemle-uzlesmedi
Oxunma sayı: 933

Antalyada təlim-məşq toplanışında olan “İnter” bu gün hazırlıq çərçivəsində 2-ci yoxlama görüşünü keçirib.

“Qafqazinfo” xəbər verir ki, Almaniya “Verder”inə 0:1 hesablı məğlubiyyətdən sonra “bankirlər”in baş məşqçisi Zaur Svanadze təmsil olunduğu klub saytına müsahibə verib:

- Məğlub olmağımıza baxmayaraq, uşaqlardan razı qaldım. Ağır rejimdə məşqlər keçən komandanın uduzması normaldı. İki gün öncə də oyun keçirmişdik. Yüklənmələrə rəğmən, bu cür mübariz oyun göstərirlər. Futbolçulardan razıyam.

- Komandamıza yeni qoşulan Kamran Ağayev, Vüqar Nadirov və Qara Qarayev barədə nə deyə bilərsiniz?

- Kamranla Vüqar təcrübəli futbolçulardı. Komandaya alışmaq baxımından problemlə üzləşmədilər. Qaraya gəlincə, o, çox gəncdi. Hər iki oyunda meydana buraxmışam. Düşünürəm ki, perspektiv vəd edən oyunçudu. Hələlik ondan razıyıq.

- Yeni oyunçuların cəlb edilməsi barədə nə deyə bilərsiniz?

- Bunu dəqiq deyə bilmərəm. Bildiyimə görə, bu yöndə işlər aparılır. Gözləyirik. Ümid edirik ki, yeni futbolçular olacaq.

- Təlim-məşq toplanışının gedişatından razısınızmı?

- Bəli, hələlik hər şey qaydasında gedir. Təəssüf ki, futbolda zədəsiz ötüşmək olmur. Mirhüseyn Seyidov zədəli idi. İndi də Mirsahib Abbasov “lazaret”ə keçib. Ümumilikdə isə 3 futbolçumuz zədəlidi. Hazırda bərpa kursu keçən Rauf Əliyev də məşqlərdə iştirak etmir.