Azərbaycan millisinin qapıçısı Kamran Ağayev bu gün Qazaxıstanla keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
“Qafqazinfo”nun dsport.az-a istinadən məlumatına görə, təcrübəli qolkiper bunları deyib:
- Qazaxıstana qarşı keçirəcəyiniz oyunla bağlı fikirlərinizi bildirərdiz...
- Toplanış yaxşı keçir. Hər şey yaxşıdı. Zədəli futbolçularımız yoxdu. Xırda problemlər var, onları da həll edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq. Bilirik ki, nəticə verməliyik. Yoldaşlıq oyunu da olsa, maksimum nəticəyə oynayacağıq. Həm də çalışacağıq ki, baxımlı futbol göstərək.
- Yoldaşlıq oyununa motivasiya nə dərəcədə yüksəkdi?
- Hər kəs özünü yaxşı tərəfdən göstərməyə çalışır ki, start heyətinə düşsün. Yoldaşlıq oyunu olsa da, millinin heyətində meydana çıxacağımızın fərqindəyik. Yığmaya cəlb olunanlar adi, təsadüfi futbolçular yox, seçilmişlərdi. Kim start heyətində çıxsa, əlindən gələni etməlidi.
- Millinin toplanışı və ölkə çempionatının qrafiki yüklənmənizə səbəb olmur ki?
- Böyük futboldasansa, hesab edirəm ki, yüklənmədən söhbət gedə bilməz. Bədən alışmalı, vuruşmalıdı. Əlbəttə, çətindi. Öyrəşmədiyimiz hallardı. Amma bəslənməyə fikir vermək lazımdı. Hər halda belə oyunlar bizə lazımdı.
- Qazaxıstanın oyununu analiz etmisizmi?
- Baş məşqçi rəqibi analiz edib və bununla bağlı bizə göstərişlərini verib. Burdakı oyunçuların hamısı start heyətində meydana çıxa bilməz. Ancaq kimə şans verilsə, məşqçilərin söylədiklərinə əməl etməlidi.
Son xəbərlər
Son Xəbərlər