Kamran Ağayev Türkiyə klubu ilə müqavilə imzalayacaq

kamran-agayev-turkiye-klubu-ile-muqavile-imzalayacaq
Oxunma sayı: 1410


Qardaş ölkə mətbuatının yazdığına görə, İzmir klubu artıq Kamran üçün danışıqlara başlayıb. Mənbədə bildirilir ki, tərəflər ilkin mərhələdə anlaşa bilməsələr də, artıq razılıq əldə olunub və müqavilə imzalanmaq üzrədir.

Qeyd edək ki, bundan öncə Superliqaya yenicə vəsiqə qazanan "Antalyaspor"un da Ağayevlə maraqlandığı deyilirdi.