“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Kayseri təmsilçisi Okan Burukla müqaviləyə imza atıb. Müqavilənin müddəti isə hələlik bəlli deyil.
Xatırladaq ki, "Kayserispor"la müqaviləsi başa çatan Kamran Ağayevin də komandadakı gələcək taleyi baş məşqçinin verəcəyi qərardan asılı olacaq.
Qeyd edək ki, Okan Buruk məşqçilik karyerası ərzində "Elazığspor", "Qaziantepspor" və Türkiyə millisində köməkçi vəzifəsində çalışıb.
Son xəbərlər
Son Xəbərlər